Kokpit.az xatırladır ki, dünən çıxarılan qərara görə növbəti mövsümdən etibarən yarışda sürətli dövrə vurmuş sürücüyə əlavə 1 xal verilməyəcək.
Ferrari komandasının sürücüsü Şarl Lekler düşünür ki, FİA düzgün qərar verib: “Ən sürətli dövrə xalının ləğv olunması doğrudur. Bu xal yarışın gedişatından asılıdır. Yəni bunu bəxtlə də qazanmaq olar. Bu doğrudan da istedad göstəricisi deyil”.
Ferrari komandası Ostinə rəqiblərinə nisbətən az yenilik gətirib. Onlar yenilikləri mərhələləli şəkildə gətirməyi planlaşdırırlar.
Şarl Lekler düşünür ki, bu həftəsonu komandanın inkişaf yönü cəhətindən çox vacib olacaq: “Ostində əsas hədəfimiz gətirdiyimiz son yeniliklərin performansını yoxlamaq olacaq. Hazırda müəyyən traslarda bu yenilikləri test etdik, ancaq Ostin hər yönü ilə daha balanslı trasdır və burada bolidi dəyərləndirə bilərik”.
Şərh əlavə et