Kokpit.az xatırladır ki, ABŞ Qran Prisindən əvvəl qapalı park qaydaları ilə bağlı qızğın müzakirələr başlayıb. FİA ABŞ Qran Prisindən əvvəl Red Bull qapalı parkda bolidlərinin yüksəkliklərini dəyişdirdiyi ilə bağlı şikayətlər alıb və FİA buna təcili formada müdaxilə edib.
Red Bull komandası bu çayiələri rədd etsə də, FİA bildirib ki, bundan sonra nəzarət daha da güclənəcək və bolidlərə əlavə möhürlər vurulacaq.
Texniki reqlament barədə danışan Lando Norris fikrini belə izah edib: “Belə hallarda ya ağ ya da qara üsullar olur. Limitlərdən sona qədər istifadə etmək, yeni şeylər dizayn etmək və yeni şeylər kəşf etmək çox vacibdir. Lakin bunları edərkən qaydaları qəti formada pozmamalısınız. McLaren bu işlərdə çox yaxşıdır. Əminəm ki, limitləri keçməyəcəyik”.
FİA-nın təmsilçisi isə bu barədə belə açıqlama verib: “”Qapalı parkda bolidin yüksəkliyini dəyişdirmək qətiliklər yasaqdır. Hər hansı komandanın belə bir sistemdən istifadə etdiyi ilə bağlı əlimizdə heç bir sübut yoxdur. Amma buna qarşı nəzarətimizi gücləndirdik. Bunun üçün ön bib yüksəkliyinin dəyişdirilməməsi üçün bəzi yeni möhürlər artırdıq”.
Şərh əlavə et