Xəbəri Kokpitdə Oxuyun!

Həmilton Red Bull-un sistemini tərifləyib

Mercedes komandasının sürücüsü Red Bull-un bolidlərindəki bib cihazı barədə danışıb və bildirib ki, Formula 1-də yenilikçi olmaq lazımdır və Red Bull-un bu sahədə qabaqcıl olduğunu deyib. 

Kokpit.az xatırladır ki, ABŞ Qran Prisindən əvvəl qapalı park qaydaları ilə bağlı qızğın müzakirələr başlayıb. FİA ABŞ Qran Prisindən əvvəl Red Bull qapalı parkda bolidlərinin yüksəkliklərini dəyişdirdiyi ilə bağlı şikayətlər alıb və FİA buna təcili formada müdaxilə edib. 

Lyuis Həmilton: “Bura gəlməmişdən əvvəl bu cihaz barədə çox şey eşitdim. Ancaq idman həmişə yenilikçiləri sevir. Red Bull həmişə bu işdə yenilikçi olub.

Yekunda bütün komandalar qaydalara nəzər yetirir və ondan ən yaxşı formada faydalanmağa çalışır. Burada da Red Bull gözəl iş görür. Görəsən bunu nə vaxtdan istifadə edirlər? Necə çempionluq qazandılar?

Bəlkə indi bu sistemi daha istifadə etməzlər, amma bu onları dayandırmayacaq. Biz də yenilikçi olmalıyıq və bu işdə hamıya liderlik etməliyik”.

Rauf Hacıyev

Şərh əlavə et