McLaren, Red Bull və Mercedes bu həftə sonu əhəmiyyətli yeniliklər gətirməyə hazırlaşsa da, Ferrari böyük dəyişiklik etməmək qərarına gəlib.
Komanda bunun əvəzinə mövcud paketlərini optimallaşdırmağa və daha çox məlumat toplamağa diqqət yetirir. Mövsümün əvvəlində Ferrari Red Bull-un ən yaxın rəqibi olduğu halda, İspaniya Qran Prisinə gətirilən yeniliklərdən sonra dördüncü ən sürətli komandaya çevrilmişdilər.
Ferrari bu vəziyyətdən çıxmaq üçün bir neçə ay sərf etmiş və İtaliya Qran Prisinə gətirilən yeniliklərin hesabına yenidən qələbə üçün mübarizə aparmışdılar. Hətta, Montsada Şarl Lekler qalib gələrək, Tiffozilərə bayram yaşatmışdı.
Ferrari son yarışlarda yeniliklərdən istədikləri performansı alsa da, hələ də yaxşı nəticə qazanmaqda çətinlik çəkir. Bundan başqa Ostində bizi sprint yarışlı həftəsonu gözləyir. Hər kəs bilir ki, sprint olan həftəsonunda yeniliklər barədə məlumat toplamaq çətindir.
Şərh əlavə et