Xəbəri Kokpitdə Oxuyun!

Ferrari ABŞ-da dublla başlayıb

Formula 1 üzrə ABŞ Qran Prisinin birinci sərbəst yürüşləri başa çatıb. Karlos Sayns sessiyanı birinci yerdə başa vurub, Şarl Lekler isə ikinci olub.

Kokpit.az bildirir ki, sessiyanın əvvəlində Maks Ferstappen və Lando Norris kimi bəzi sürücülər qızdırma dövrəsi vurub yenirən boksa geri qayıdıblar. Əksər sürücülər Hard təkərləri götürüblər.

İlk cəhdlərdən sonra Şarl Lekler 1.36.724 zaman nəticəsi ilə liderliyə yüksəlib. Ancaq qısa müddətdən sonra Karlos Sayns 0.5 saniyə fərqlə liderliyi ələ keçirib.

Sessiyanın ilk 15 dəqiqəsində Lyuis Həmilton yüksək sürətdə yerində fırlanıb, amma heç bir yerə çırpılmadan bolidini idarə edə bilib. Onda bir neçə dəqiqə sonra isə onun komanda yoldaşı Corc Rassell yerində fırlanıb və sarı bayraqlara səbəb olub. Ancaq o da bolidini zədələmədən yoluna davam edə bilib.

Sessiyanın sonuna 38 dəqiqə qalmış Lekler Sayns, Rassell, Ferstappen və Norris ilk beşlikdə olublar.

#0 dəqiqədən sonra isə Red bull komandasının sürücüləri Soft təkərə keçiblər. Ferstappen 1.33.855 zaman nəticəsi ilə liderliyə yüksəlib. Serxio Peres isə ondan 0.862 saniyə geridə qalaraq, üçüncü yeri tutub. Peres ikinci cəhdində komanda yoldaşına yaxınlaşıb və ikinci yeri tutub.

İki Red Bull sürücüsünü Hard təkərlərlə dövrələr vurmuş Ferrari pilotları və Corc Rassell izləyib. Sessiyanın btməsinə 10 dəqiqə qalmış isə debütant Franko Kolapinto Soft təkərlərlə dövrəsini vurub və o, lider Maks Ferstappendən 1.393 saniyə geri qalaraq 5-ci yeri tutub.

Sessiyanın sonların sürücülər yavaş-yavaş Soft təkərlərə keçiblər və ardıcıl sürətli dövrələr vurulmağa başlayıb. Ferrari komandasının pilotları Soft təkərlərlə ilk iki yeri tutubıar. Maks Ferstappen üçüncü, Lando Norris dördüncü, Oskar Piastri beşinci, Lyuis Həmilton 6-cı, Corc Rassell 7-ci olublar. Onluğu Kevin Maqnussen, Fernando Alonso və Yuki Tsunoda bağlayıblar.

Rauf Hacıyev

Şərh əlavə et