Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Keçmiş üçün darıxıram

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, ABŞ Qran Prisinə gətirdikləri yeniliklər elə də böyük dəyişikliyə səbəb olmayacaq. 

Kokpit.az bildirir ki, “yaşıllar” Bu həftəso ABŞ Qran Prisinə yeniliklər gətiriblər. Ancaq bu həftəsonu sprint yarışı olacağı üçün komandanın bu yeniliklərdən necə faydalanacağı hamıya maraqlıdır. 

İkiqat Dünya Çempionu Fernando Alonso Ostindəki yarışdan əvvəl mətbuat konfransında bunları danışıb: “Sprint həftəsonları təbii ki, bir az daha çətindir, çünki bəzi şeyləri anlamaqda çətinlik çəkirsiniz. Xüsusən də maşına gətirdiyiniz yenilikləri…

Buna görə də həftəsonuna doğru hiss və inamla başlamaq çox vacib olacaq. Etdiyimiz bütün hazırlıqlar daha həssas hala gəlir və hər şeyi düzgün etməyə çalışırıq. Bazar günü sürprizlərə cavab verəcək çoxlu təkərlərimiz və strategiyalarımız olmalıdır. Məncə, komandalar üçün ən çətin şey bolidi anlamaqdır.

Bundan başqa buraya gətirdiyimiz yenilikləri birinci sərbəst yürüşlərdə test etmək istəyirik. Amma bu yeniliklərin nəticəyə təsir edəcəyini düşünmürəm. Hazırda hədəfimiz yeniliklərlə yaxşı işləmək və onların potensialını öyrənməkdir. Ancaq dediyim kimi bu yeniliklər performansımıza ya da yarışdakı sıralamamıza böyük təsir göstərməyəcək”.

Formula 1-in veteran pilotu növbəti həftə karyerasının 400-cü yarışına çıxacaq və F1 tarixində 400 klubuna girən ilk sürücü olacaq.

Fernando Alonso bununla bağlı hisslərini bölüşüb: “400 yarışın yarısında olub, daha bir çempionluq ya da daha çox yarış qazanmağı istəyərdim. Amma hazırda olduğum vəziyyət bu idmana olan sevgimi və 20 ildən çoxdur ki, yüksək performansla çıxış etməyə çalışdığımı göstərir.

Keçmişə aid darıxdığım çox nüans var. Yanacaq bərpası, bazar günü sürətli maşın, motor səsi, böyük sponsorlar və peletondakı qızlar kimi.

Buna baxmayaraq hazırda yaxşı yerdəyik. Hətta onu deyə bilərəm ki, Formula 1-in ən yaxşı dövrünü yaşayırıq. Formula 1 indi dünya səviyyəsindədir. Xüsusən də ABŞ-da çox populyardır. Bu Liberty Media-nın gördüyü işlərə görə olub”.

Rauf Hacıyev

Şərh əlavə et