Xəbəri Kokpitdə Oxuyun!

Avstraliyada cümə gününün sürətlisi Markes olub

MotoGP üzrə Avstraliya Qran Prisinin cümə sərbəst yürüşlərində Mark Markes birinci yeri tutub. Onu qardaşı və komanda yoldaşı Aleks Markes izləyib. 

Kokpit.az bildirir ki, çempionluğun iki əsas namizədi Xorxe Martin və Françesko Banyaya sabahkı sıralanma turunda son sessiyaya qalmağı təmin ediblər. Lakin Banyaya qarışıqlıqlar yaşadıqdan sonra dövrəsini son anda atıb və ikinci sessiyaya qalıb.

Sabah sıralanma turunun birinci sessiyasında mübarizə aparacaq sürücülər arasında favoritlər də var. Bunlar Tech 3 KTM sürücüsü Pedro Akosta və Ducati ilə mübarizə aparan Enea Bastyaninidir.
Sessiyanın əvvəlində həm Xorxe Martin, həm də Françesko Banyaya üçün işlər tərs gedib. Buna görə onlar ikinci sessiyaya qalmama təhlükəsi ilə qarşılaşıblar.
Sessiyadan əvvəl yağış yağma ehtimalı var idi. Buna görə sürücülər quru havada dövrə vurmağı hədəfləyirdilər. Həftəsonunun birinci sərbəst yürüşləri yağışa görə ləğv olunduğu üçün sürücülər ilk dövrələrdə sazlanma tapmaqda çətinlik çəkiblər.
Lakin əfsanəvi Mark Markes bu haldan heç də narahat deyildi. İspaniyalı sürücü  yaxşı temp tutaraq, ən yaxşı nəticəni göstərib. O, 1.27.770 zaman nəticəsi ilə tras rekorduna yarım sayə uduzub.
Çempionluq uğrunda mübarizə aparan sürücülər kimi digər sürücülər də problemlər yaşayıblar. Xorxe Martin ilk cəhdində yıxılıb. O, Fabio Kuartararo ilə mübarizə apararkən, idarəetməni itirib. Buna baxmayaraq ispaniyalı sürücü motosikletini pitə geri qaytara bilib. Ancaq ikinci motosiklet yağışlı havaya görə sazlanmışdı. Onu quru havaya sazlamaq isə bir az vaxt alıb.
Bu anda Banyayanın motosikletində texniki problem yaşanıb və o da Martin kimi sazlanmanın düzəlməsini gözləyib. Bundan sonra onlar sürətli dövrəyə çıxarkən sessiya qırmızı bayraqlarla dayandırılıb. Qırmızı bayraqlara səbəb isə trasa girən qaz olub.
Sessiya yenidən başladıqda isə iki sürücü çətinliklə də olsa, onluğa düşəcək dövrəni vura biliblər və bununla da ikinci sessiyaya birbaşa başlamaq haqqı  qazanıblar.

Çətin keçən sessiyanı təcrübəli Mark Markes 1.27.770 zaman nəticəsi ilə zirvədə bağlayıb. Onu 0.1 saniyə fərqlə qardaşı Aleks MArks izləyib. Marko Bezzekki üçüncü yeri tutub. Beşliyi isə Xorxe Martin və Françesko Banyaya bağlayıblar.

Aprilia komandasının sürücüsü Maverik Vinyales altıncı, Bred Binder yeddinci, Fabio di Canantonio səkkizinci və Franko Morbidelli doqquzuncu olublar. Onluğu isə Aleks Rinz bağlayıb.

KTM ilə doğma publikası önündə yarışan Cek Miller sərbəst yürüşlərdə iki dəfə yıxılıb və sıralanma turunda ikinci sessiyaya qala bilməyib. Fabio Kuartararo isə 11-ci yeri tutub.

Yerel kahraman Jack Miller, Antrenmanlarda iki kez düştükten sonra Q2’ye kalamadı. Fabio Quartararo da ancak 11. olabildi.

Rauf Hacıyev

Şərh əlavə et