Kokpit.az xatırladır ki, iki sürücü 2019-cu ildəki Çempionlar Yarışında Almaniyanı təmsil etmiş və Ölkələrin Yarışında ikinci yeri tutmuşdular. Onlar bu dəfə mart ayının 7-8-də Avstraliyanın Sidney şəhərindəki yarışda komanda yoldaşı olacaqlarş Mik və Sebastyan komanda yoldaşı olmaqla Sürücülərin Yarışında bir-birlərinə qarşı da mübarizə aparacaqlar.
Sebastyan Fettel tədbir barədə bunları danışıb: “Çempionlar Yarışında yenidən yarışmaq məni həyəcanlandırı. Mik ilə Almaniya üçün yarışmaq doğrudan da gözəl olacaq.
Sidney Dünyanın ən gözəl şəhərlərindən biridir və köhnə Olimpiya Stadionu bu tədbir üçün gözəl yerdir. Oranın qəşəng ab-havası var. Bundan başqa Çempionlar Yarışının ekologiya cəhətdən gördüyü işləri dəstəkləyirəm. 2023-cü ildən başladılan bu layihənin avtoidmana təsirini görmək çox vacibdir.
Mik Şumaxer isə bildirib ki, bu təcrübəni səbirsizliklə gözləyir: “Avstraliya mənim favorit ölkələrimdən biridir və Sebastyanla Almaniya adına mübarizə aparmaq inanılmaz təcrübə olacaq. 2019-cu ildə Meksikada komanda olaraq ikinci yeri tutmuşduq. 2023-cü ildə İsveçdə individual yarışda da ikinci yeri tutmuşduq.
Bu dəfə həm komanda, həm də indivisual yarışda çempionluğu hədəfləyirik. Sebastyan həmişə mənə çox dəstək olub və bu yarışda onunla birlikdə mübarizə aparmaq mənim üçün şərəfdir”.
Şərh əlavə et