Xəbəri Kokpitdə Oxuyun!

Ostində hava dəyişkən olacaq

ABŞ Qran Prisi üçün ilkin proqnozlar yarış həftəsonu üçün dəyişkən hava şəraiti vəd edir.

Cümə günü Ostində hava dəyişkən buludlu olacaq, lakin yağıntı gözlənilmir. Hava 31 dərəcəyə qədər isinəcək. Şənbə günü havanın temperaturu dəyişməz qalacaq, lakin günün birinci yarısında leysan yağacağı ehtimalı var. Bazar gününə olan proqnozlarda isə buludlu hava, yağış, hətta tufan ehtimal edilir, havanın temperaturunun 29 dərəcəyə qədər yüksələcəyi gözlənilir.

Xatırladaq ki, keçən il burada bütün sessiyalar quru havada baş tutub.

Elçin Zodorov

Şərh əlavə et