Kokpit.az xatırladır ki, Liam Louson Ostin yarışında Daniel Rikkardonu əvəz edərək RB komandasına qatılacaq. Lakin onu bir az çətin yarış gözləyir, çünki startda 10 yer itirəcək.
Kristian Horner Lousonun bu vəziyyəti üçün yumşaq geri dönüş deyib və bildirib ki, gənc sürücünün komanda yoldaşı Yuki Tsunodaya qarşı göstərəcəyi performans onun üçün çox maraqlıdır: “Onsuz da motor dəyişiminə görə cəza alacaq. Buna görə də onun üçün yumşaq geridönüş olcaq. Amma komanda yoldaşına qarşı göstərdiyi performansı dəyərləndirəcəyik.
Keçən il Yukiyə qarşı çox sürətli idi. Məncə, Yuki bu il bir az sürətlənib. Onun nə qədər tez uyğunlaşdığını və necə performans göstərəcəyini görmək çox maraqlı olacaq.
Liam keçən il gələn kimi sürətli oldu. Sərt yarışçı idi, amma onunla dil tapmaq asandır. Bu il Red Bull Racing bolidləri ilə etdiyi testlər də bizi çox cəsarətləndirdi”.
Xatırladaq ki, Liam Louson keçən il zədələnmiş Daniel Rikkardonu əvəz edərək 5 yarışda iştirak etmiş və bu müddər ərzində iki xal toplaya bilmişdi.
Şərh əlavə et