Xəbəri Kokpitdə Oxuyun!

Haas daha bir tərəfdaş tapıb

Haas komansası Toyota ilə müqavilə bağladıqdan sonra özünə daha bir tərəfdaş tapıb. Bu dəfə Amerikanın siğorta şirkəti olan Orion180 ABŞ komandası ilə tərəfdaşlığa başlayıb.

Toyota, 2009-cu ildə Formula 1-dən getdikdən sonra, şitkətin avtoidman bölməsi Toyota Gazoo Racing vasitəsilə Haas ilə çoxillik texniki tərəfdaşlıq müqaviləsi imzalayaraq Formula 1-ə qayıdıb.

Haas komandası bu mövsüm 31 xalla Mühəndislər Kubokunda 7-ci yerdədir və bu amerikan təmsilçisi üçün uğurlu sayılır. ABŞ komandası Toyota ilə anlaşdıqdan sonra Amerikanın Orion180 sığorta şirkəti ilə daha bir çoxillik müqavilə imzalayaraq güclərini birləşdirib.

Toyota ilə olduğu kimi bu çoxillik əməkdaşlıq bu həftəsonu Haas-ın ev sahibi olduğu Amerika Qran Prisindən etibarən qüvvədə olacaq. Orion180 markası Haas VF-24 avtomobillərində TGR brendinə qoşulacaq. Orion180-nin loqotipləri  pilotların kombinezonlarında  və 2025-ci ilin  komanda geyimlərində olacaq.

Haas komandasının rəhbəri Ayau Komatsu bu müqavilə barədə bunları deyib: “ABŞ-ən ən sürətlə böyüyən və yenilikçi siğorta şirkətlərindən biri olan Orion180 MoneyGram Haas F1 Komandası ilə çoxillik müqavilə bağladı və bunu sizə bildirdiyim üçün çox sevincliyəm.

Orion180 zirvədə yarışarkən fərqli bir yol tapmağın dəyərini anlayır. Biz də bu rəqabətə ən yaxşı formada nəzarət etməyi çox yaxşı bilirik. Bizə olan inamlarını məmnunluqla qarşılayır və tərəfdaşlıq ərzində onlara böyük dəyər təqdim etməyi səbirsizliklə gözləyirik”.

Orion180-in qurucusu və İdarə Heyətinin Rəhbəri Ken Qreq bu barədə belə danışıb: “MoneyGram Gaas F1 komandası ilə tərəfdaş olduğumuz üçün çox həyəcanlıyıq. Komanda əksər dəyərləri ilə bizi xatırladır.

Çətin olan bu bazarda müştərilərimizi düşünərək, daha proqaktiv və yenilikçi siğorta həlləri ilə çox böyük və tanınmış siğorta şirkəylərinə qarşı qazanırıq”.

Qeyd edək ki, Haas komandası bu il Niko Hülkenberq və Kevin Maqnussen cütü ilə mübarizə aparsa da, gələn il tamamilə yeni sürücü heyəti ilə – Estaban Okon və Oliver Bermanla yarışacaq.

Rauf Hacıyev

Şərh əlavə et