Kokpit.az xatırladır ki, Red Bull komandası 8 yarışdır ki, qələbə üzünə həsrətdir. Mask Ferstappen RB20-nin balans problemlərindən şikayətçi olub. Ancaq “qırmızı öküzlər” yenidən templərini artırmaq üçün çempionatın növbəti mərhələsi olan ABŞ Qran Prisinə bəzi yeniliklər gətirməyi planlaşdırır.
Kristian Horner: “Məncə, bütün komandalar Ostinə bəzi yeniliklər gətirəcəklər. Ferrari-nin böyük yeniliklərlə gələcəyini eşitdim. Məncə, Mercedes, McLaren və digər komandalar da bəzi şeylər gətirəcəklər.
Montsadan bəri bəzi şeyləri dəqiq olaraq anladıq və Ostinə daha balanslı maşınla getmək istəyirik. Pilota inam verən amil boliddəki balansdır. Ostindəki ilk sektor çox yüksək sürətlidir. Trasın bir hissəsini yeni asfaltlayıblar. Buna görə də bizi bəzi dəyişikliklər gözləyir. Bu, sprintli yarış həftəsonudur. Buna görə də yavaş yox, sürətli başlamalıyıq və bütün ünsürləri nəzərdə saxlamalıyıq. Bütün komanda problemləri anlamaq, bunları həll etmək üçün çox işləyir”.
Şərh əlavə et