Kokpit.az xatırladır ki, Lyuis Həmilton gələn il Ferrari komandasında Karlos Saynsı əvəz edəcək. Lakin onun 40 yaşında Mercedes-dən ayrılıb, “qırmızılar”ın heyətinə qatılması bəzi söz-söhbətlərə səbəb olub. Əksəriyyət düşünür ki, yeddiqat Dünya Çempionu Ferrari komandasına komfort zona üçün gəlib.
Lakin GP2 və F3 Euro Seriyasında Həmiltonla işləmiş Frederik Vassyör bildirib ki, britaniyalı pilot həmişə Ferrari-də yarışmağı xəyal edib və o əlavə edib ki, Lyuisin Mercedes-dən ayrılıb Ferrari-yə keçməsi komandanın doğru yolda olduğunu göstərir.
Şərh əlavə et