Kokpit.az xatırladır ki, italyan mütəxəssis 2019-2022-ci illərdə Ferrari komandasında rəhbər olmuş və 2023-cü ildə istefaya göndərilmişdi. O, təxminən ikimövsümlük fasilədən sonra Audi Formula 1 layihəsinin rəhbəri olaraq Formula 1-ə qayıdıb.
Mattia Binotto bildirib ki, Audi hazırda çətin bir dövrlə üz-üzədir: “Önümüzdə Everest var və hazırda sadəcə ən aşağı hissəni görə bilirik. Yolumuzu müəyyən etmək çox vacibdir”.
İtalyan rəhbər bildirib ki, Audi-nin hədəflərinə çatması üçün vacib strategiyalar seçiblər və gənc istedadlara sərmayə qoyacaqlar. Hülkenberq komandanın təcrübəli sürücüsü olsa da, ikinci pilot üçün tələsməyəcəklərini deyib.
Mattia Binotto: “Gənc və istedadlı bir sürücüyə ehtiyacımız var. Mik Şumaxer hazırda namizədlərdən biridir.
Ferrari komandasında 24 il keçirdim və hər anı dəyərli idi. Ancaq Audi-də sıfırdan başlamaq fürsəti mənim üçün daha cəzbedici oldu. Ferrari-nin qazandığını görmək məni xoşbəxt edər, çünki o layihə üçün çox iş görüldüyünü bilirəm”.
Mattia Binotto builki çempionluq yarışını da dəyərləndirib: “Ferstappen Sürücülər Çempionluğunu qazanacaq. McLaren isə Mühəndislər Kubokunda qalib olacaq”.
Sonda italyan mühəndis Audi komandasının 5-7 ilə ehtiyacı olduğunu deyib: “2030-cu ildə rəqabətədavamlı olmağı gözləyirik”.
Qeyd edək ki, Audi komandası Formula 1-də 2026-cı ildə debüt edəcək.
Şərh əlavə et