Xəbəri Kokpitdə Oxuyun!

Alonso təqaüdə çıxmağı təxirə salacaq?

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, Ədrian Nyuinin transferinə görə təqaüd planlarını dəyişə bilər.

Kokpit.az xatırladır ki, Aston Martin gələn ilin mart ayından Aston Martin komandasına qatılacaq. “Yaşıllar”ın ikiqat Dünya Çempionu sürücüsü Fernando Alonso isə bildirib ki, bu transferə görə təqaüd planlarını yenidən nəzərdən keçirə bilər: “Karyeramı uzatmağı düşünmürəm desəm, yalan olar.

Ədrian gələn ilin mart ayında komandamıza gələcək və 2026-cı il mövsümünə fokuslanacaq. 2026-cı ilin sonunda necə hiss edəcəyimizə baxacağıq və gələcəyimiz barədə qərar verəcəyik. Bu qərarı komanda olaraq, Lourens və Ədrianla birlikdə alacağıq. Ədrianın Formula 1-dəki uğurları inanılmazdır. Onunla işləmək sadəcə güclü maşına sahib olmaq deyil, eyni zamanda onun kimi insandan çox şey öyrənmək olar. Bu mənim üçün böyük mükafat olar”.

Qeyd edək ki, Fernando Alonsonun hazırda Aston Martin komandası ilə 2026-cı ilin sonuna qədər müqaviləsi var.

Rauf Hacıyev

Şərh əlavə et