Toyota şirkəti bəyan edib ki, nə mühərrik istehsalçısı kimi, nə də öz komandası ilə Formula 1-ə rəsmi qayıtmaq planları var.
Yapon istehsalçısı Haas ilə uzunmüddətli texniki əməkdaşlıq haqqında razılığa gəldiyini açıqlayıb. Bu tərəfdaşlıq ilə iki şirkət birgə test proqramı həyata keçirəcək və aerodinamik inkişaf və detalların istehsalı üçün əməkdaşlıq edəcək.
Bu isə o deməkdir ki, 2009-cu il mövsümünün sonunda pis nəticələr və qlobal maliyyə böhranı səbəbindən idmanı tərk edən Toyota-nın Formula 1-ə ilk rəsmi qayıdışı olacaq.
Toyota-nın sürücülərin və personalın təlimi ilə bağlı öhdəliyi bu addımın gələcəkdə daha rəqabətədavamlı geri dönüşlə bağlı fərziyyələri artırıb. Məsələn, Toyota-nın 2028 və ya 2029-cu ildən etibarən F1-ə istehsalçı kimi qoşulmaq üçün öz turbo hibrid mühərriki üzərində işləməsi bir seçim ola bilər.
Lakin Toyota rəsmiləri deyirlər ki, Haas ilə müqavilə onların hazırda düşündükləri şeydir və prioritet yol avtomobillərinin inkişafına kömək etmək üçün bu müqavilədən əldə edilən biliklərdən istifadə etməkdir.
Toyota Gazoo Racing-in avtoidman mühəndisliyi üzrə rəhbəri Masaya Kaji bildirib, şirkətin Formula1-də başqa formada iştirak etmək planları yoxdur: “Hazırda güc qurğusu istehsalına başlamaq planımız yoxdur. Əslində biz hazırda F1-də komanda yaratmağı planlaşdırmırıq. Hələlik Haas ilə əməkdaşlıq ən yaxşı seçimdir və ən yaxşı variantdır”
Hələlik Haas ilə müqavilənin nədən ibarət olduğu müəyyən edilsə də, gələcəkdə bu əməkdaşlığı genişləndirmək mümkün ola bilər.
Haas komandasının rəhbəri Ayao Komatsu deyib ki, birinci prioritet Toyota-nın ən böyük fərqi yaratmağa kömək edə biləcəyi sahələri tapmaqdır: “Bu qısa müddətli layihə deyil. Əvvəl hansı sahələrdə zəif olduğumuzu və hansı sahələrdə Toyota-nın bizə kömək edə biləcəyini seçdik. Ancaq bu ortaqlıq prosesində bir-birimizi daha yaxşı anlayacağımızı və bir yerdə işləyəcəyimiz çox sahə olacağını düşünürəm”.
Toyota düşünür ki, Haas ilə başlanılanbu tərəfdaşlıq hüsabına yol avtomobillərində texnologiyanı inkişaf etdirəcəklər.
Toyota Gazoo Racing-in rəhbəri Takahaşi Yomoya bu barədə belə danışıb: “Bildiyini kimi Formula 1 bolidləri dünyanın ən yaxşı texnologiyalarından ibarətdir. Məsələn, aerodinamika elektrik maşınlar üçün çox vacib texnologiyadır.
Əldə etdiyimiz texnologiyanı yol avtomobillərinə tətbiq edə biləcəyimiz günlər gələcək. Bu yüksək texnologiya ilə təcrübə keçən insanlar sonra yol avtomobillərində də fərq yarada bilərlər. Buna görə də gələcəkdə yol avtomobillərində bundan tamamilə faydalanmaq istəyirəm”.
Toyota Formula 1-ə 2002-ci ildə gəlmiş, amma 2009-cu ildə idmandan getmişdi. Toyota-nın İdarə Heyətinin Rəhbəri olan Akio Toyoda bildirib ki, uzun illərdən sonra idmana qayıtma səbəbləri şirkət daxilində şəraitin dəyişməsi olub.
Akio Toyoda: “O vaxtlar Toyota üçün əsas məsələ daha yaxşı maşınlar düzəltmək yox, daha böyük şirkət qurmaq idi. Prezident oalraq qərar verdim ki, şirkətin əsas hədəfi satış və xeyir olmalıdır. Buna görə də Formula 1 şirkət üçün uyğun deyildi. İndi isə özümüzü avtoidman dəstəkli daha yaxşı avtomobillər istehsal edən bir şirkətə döndəririk. Bunun üçün də daha təcrübəli insanlara ehtiyacımız var”.
Şərh əlavə et