Xəbəri Kokpitdə Oxuyun!

MotoGP-də motor inkişafını dayandırılıb

Betnəlxalq Motosiklet Federasiyası MotoGP komandalarının 2027-ci ildəki yeni reqlamentlərə köklənməsi üçün motor inkişafını dayandırıb.

FIM (Beynəlxalq Motosiklet Federasiyası) 2025 və 2026-cı il mövsümləri üçün MotoGP-də mühərrik inkişafını donduracağını açıqlayıb.

Bu qərarla istehsalçılar diqqətlərini 2027-ci ildə qüvvəyə minəcək yeni qaydalara yönəldə biləcəklər. Mövcud qaydalara əsasən istehsalçılar hər mövsümün ilk Qran Prisinə qədər tamamilə yeni mühərrikləri təqdim edə bilərdilər.

Ancaq yeni  qərara görə, istehsalçıların 2025-ci il Tayland Qran Prisində təklif edəcəkləri mühərrik mövsüm boyu istifadə edəcəkləri mühərriklə eyni olacaq və hər mövsüm üçün səkkiz mühərrikdən istifadə oluna biləcək.

Hazırda güzəştlərə sahib olan iki istehsalçı –  Honda və Yamaha mühərrikin inkişafının dondurulmasından azad ediləcəklər. Mövsümün son bir neçə yarışında nəticələr kəskin şəkildə yaxşılaşmasa, bu iki istehsalçının statusu dəyişməz qalacaq.

Qeyd edək ki, 2027-ci ildə hazırkı 1000cc mühərrik həcmi 850cc-yə endiriləcək. Aerodinamik elementlər və sürüş hündürlüyünün tənzimləyiciləri kimi digər cihazlara da vacib məhdudiyyətlər qoyulacaq.

Rauf Hacıyev

Şərh əlavə et