Kokpit.az xatırladır ki, Mercedes komandası Ferrari-yə gedən Lyuis Həmiltonun yerinə bir neçə sürücünü dəyərləndirsə də, sonda 18 yaşlı Kimi Antonellidə qərar qılıb. “Gümüşü oxlar”ın dəyərləndirdiyi sürücülər arasında Maks Ferstappen də var idi.
Toto Volff Antonelli transferi barədə belə danışmışdı: “Lyuisdən sonra bir nəsil dəyişikliyi lazım idi, çünki indidən sonra heç nə əvvəlki kimi olmayacaq.
Gələn il gənc komandamız olacaq. Mövsümə Rassell və Antonelli ilə başlayacağıq. Bu isə yeni dövrə girdiyimizin göstəricisidir. Əvvəlki dövr əla idi, amma indi yeni səhifə açmağın zamanı gəldi.
Əgər Kimi əvvəl başqa komandaya getsəydi, fərqli şeylər öyrənəcək və başqa cür davranacaqdı. Bizimlə eyni fikirlərə sahib olmayacaqdı. Biz də bundan qaçmaq istədik. Məqsədimiz Lyuisdə olduğu kimi yeni uğur hekəyələri yazmaqdır”.
Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko isə etiraf edib ki, o, Kimi Antonellini gözünə kəsdirib: “Sürətindən təsirlənmişdim. Amma hamısına birdən sahib ola bilməzsiniz.
Maks təbii ki, Maksdır. Buna görə də indi Kimi Antonelli özünü isbatlamalıdır. Nəticələr qazanmalıdır və bu da təmin olunmayıb. Hamımız motivasiyasını itirən, özünə qız tapan və gücünü itirən pilotlar gördük. Bunların hamısı daha əvvəl baş verib”.
Şərh əlavə et