Xəbəri Kokpitdə Oxuyun!

H.Marko Peresi komandada istəmir

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, gələn il Maks Fetstappenin komanda yoldaşının gənc sürücülərdən birinin olmasını istəyir.

Kokpit.az bildirir ki, Serxio Peres mövsümə yaxşı başlasa da, Çin yarışından sonra podium görməyib. Buna baxmayaraq “qırmızı öküzlər” onunla müqaviləni 2026-cı ilin sonuna qədər uzadıblar.

Ancaq Çekonun pis performansı işləri dəyişə bilər.

Helmut Marko: “Maks Ferstappen gələn il komandada qalacaq. Özü də gənc və öz sürücü proqramımızda yetişən bir pilot komanda yoldaşı olacaq”.

Bu açıqlama komandanın gələn il üçün Liam Louson və ya Yuki Tsunodadan birini düşündüyünü göstərir.

Red Bull komandasının rəhbəri Kristian Horner də qısa müddət əvvəl bildirmişdi ki, Serxio Peres üçün qapını birdəfəlik bağlamayıblar, amma digər alternativləri də dəyərləndirirlər.

Rauf Hacıyev

Şərh əlavə et