Xəbəri Kokpitdə Oxuyun!

Cənubi Afrika F1-in şərtləri ilə razıdır

Afrikanın ən aşağısında yerləşən bu ölkə yenidən F1 təqviminə qayıtmaq üçün çoxdandır ki, çalışır.

GPBlog yerli təşkilatçının nümayəndəsindən sitat gətirib: “Sizi əmin edə bilərəm ki, Formula 1 mütləq Cənubi Afrikaya qayıdacaq. Formula 1 bizə yarışı keçirmək istədiklərini dedi və bunun üçün nə lazım olduğunu dedi. Onlara istədikləri hər şeyi verəcəyik. Hazırda Qran Prinin harada keçiriləcəyi məsələsi həll edilir. Yarışa ev sahibliyi etmək üçün Keyptaun və Yohannesburq yarışır. Yekun qərar hələ verilməyib”.

Xatırladaq ki, 2023-cü ilin əvvəlində Cənubi Afrika Qran Prisinin 2024-cü il mövsümü üçün təqvimə salınması ilə bağlı müqavilə yekunlaşmaq üzrə idi, lakin keçən ilin iyununda FIA ölkənin Ukrayna-Rusiya müharibəsi ilə bağlı mövqeyini əsas gətirirərək yaxın gələcəkdə F1 təqviminə qayıtmayacağını bəyan etmişdi.

Elçin Zodorov

Şərh əlavə et