Xəbəri Kokpitdə Oxuyun!

Pirelli testləri pis havaya görə keçirilə bilməyib

Bərk yağan yağış və dumana görə bu gün Mucelloda keçirilməsi planlaşdırılan 2025 və 2026-cı illərə aid təkər prototip testləri başa çatıb.

Kokpit.az bildirir ki, Pirelli-nin 2025 və 2026-cı illər üçün hazırladığə prototip təkərlərin testləri çətin hava şəraiti ilə qarşılaşmağa davam edir.

Keçən həftə Manyi Kurda keçirilən testlərdə hər iki gün pis hava şəraiti olmuş və bu da sürücülərə maneələr törətmişdi. Bu gün də Mucello trasında başlayan testlərə yağışlı hava təsir edib.

Səhər tezdən başlayan yağış və tras ətrafında olan duman helikopterlərin havalanmasına mane olub. Buna görə də maşınlar bütün gün ərzində trasda dövrə vura bilməyiblər.

Bugünkü proqram iki yerə bölünmüşdü. Red Bull RB komandasının sürücüsü Liam Louson ilə 2025-ci ilin təkərlərini test edirdi.

McLaren isə Lando Norris ilə 2026-cı il üçün hazırlanmış yeni təkər prototiplərini test edirdi. Bu yeni prototiplərdə 18 düyməlik disklər olduğu kimi qalıb, amma həm ön, həm də arxa oxlarda daha dar və xarici hissəsi daha kiçik təkərlər olaraq dizayn edilib.

Hava şəraiti əlverişli olsa, testlər sabah davam edəcək. Bu gün trasa çıxan Red Bull və McLaren eyni sürücülərlə işləməyə davam edəcəklər. Bundan başqa Şarl Lekler Ferrari ilə 2025-ci il təkər testlərinə qatılacaq.

Rauf Hacıyev

Şərh əlavə et