Kokpit.az bildirir ki, yeddiqat Dünya Çempionu karyerasının əvvəlində maliyyə problemləri ilə üzləşib. Lakin 12 yaşı olarkən onu McLaren himayəsinə götürüb və Formula 1 karyerasının başlamasına önəmli təkan verib.
Lyuis Həmilton bildirib ki, həm kartinq, həm də yarışlarda iştirak xərcləri çox olduğu üçün gənc istedadların qarşılarında əngəllər yaranır.
Lyuis Həmilton: “Xərclər çoxdur. Hazırda tam olaraq nə qədər olduğunu bilmirəm, amma mən başladığım dövrə nisbətən iki ya da dörd dəfə çox olduğunu eşitdim.
McLaren-lə müqavilə bağlamasaydım, hazırda burada yarışmazdım. Xərclərin artması doğrudan da pis haldır”.
Bundan başqa Lyuis Həmilton əlavə edib ki, kartinqdə yarışan uşaqlar təhsillərinə də davam etməlidirlər, çünki Formula 1-ə çox az sürücü gedib çatır: “İşləməyə və təhsil almağa davam etməlidirlər. Sürücülərin 99 faizi Formula 1-ə çata bilmirlər. Məncə, uşaqların davamlı məşq edib, məktəbə getməməsi doğru deyil”.
Şərh əlavə et