Kokpit.az xatırladır ki, britaniyalı sürücü yarışa pouldan başlamış və finişə ikinci Maks Ferstappendən 21 saniyə tez çatmışdı. Bu Norrisin builki üçüncü, 20 saniyədən çox fərq ataraq qazandığı ikinci qələbəsi olub.
Devid Kulthard: “Bolidin bir küncünü qaldırmadan bariyerləri öpərək gedirdi və bunu ustalıqla edirdi. Bu onun artıq peşəkarlığını göstərir.
Məni təəccübləndirən dövrənin sonunda təkəri blokladıqdan sonra 14-cü döngədə tecpro bariyerinə toxunması idi. Bunu saymadaq qüsursuz yarışdı. Nə gözəl performans idi. Sürücü və maşın bir-birlərinə mükəmmək uyğunlaşıblar.
Cümə günü ilk sərbəst yürüşlərdən etibarən belə idi. Oskara qarşı böyük üstünlük qurdu. O da geridönüş edərək podium qazandı və mükəmməl iş gördü”.
Devid Kulthard əlavə edib ki, Norris hazırda Formula 1-in əfsanələri olan Mixael Şumaxerlə Ayrton Sennanı xatırladır: “Lando çox sadəlöhv və mehriban oğlandır. Hazırda performansının nə qədər güclü və vacib olduğunun fərqində deyil.
Məncə, onu Senna, Şumaxer və Həmilton kimi əfsanələrin sırasına daxil edə bilərik. Hamı bir az bəxtlə yarış qazana bilər, amma bu heyrətamiz performans idi”.
Şərh əlavə et