Kokpit.az xatırladır ki, britaniyalı sürücü növbəti mövsümdən etibarən Ferrari komandasının şərəfini qoruyacaq. Buna görə də mövsümün sonunda Abu Dabidə Pirelli təkərlərinin testində Ferrari ilə trasa çıxması gözlənilirdi.
Lakin BBC-nin təcrübəli Formula 1 jurnalisti Əndryu Benson bildirib ki, Lyuis Həmilton mövsümün sonunda Əbu Dabi Qran Prisindən sonra testlərdə Ferrari ilə trasa çıxmayacaq.
Əndryu Benson: “Həmiltonun ilin sonuna qədər Mercedes ilə müqaviləsi var. Buna görə də Mercedes ona Ferrari ilə test etməyə icazə verməyəcək. Çünki onlar 12 ildir ki, birlikdə işləyirlər və buna görə də bir neçə təqdimat və vida tədbiri təşkil edəcəklər. Bu səbəbə görə Həmiltonun Ferrari ilə trasa çıxması mümkün deyil”.
Lyuis Həmiltonun Əbu Dabidə Ferrari ilə trasa çıxması böyük marağa səbəb ola bilərdi. Ancaq belə görünür ki, bu olmayacaq.
Şərh əlavə et