Xəbəri Kokpitdə Oxuyun!

K.Vilyams: Strolla işləmək məni dəli edirdi

Williams komandasının sabiq rəhbəri Kler Villiams bildirib ki, 2020-ci il mövsümü onlar üçün çətin keçib və həmin illər Lourens Strolla işləmək onlara çətin olub. 

Kokpit.az xatırladır ki, Kler 2013-2020-ci illərdə Williams komandasının rəhbər köməkçisi işləmiş, 2020-ci ildə Dorilton Capital komandanı satın aldıqdan sonra vəzifəsindən ayrılmalı olmuşdu. 

Dorilton Capital-ın almasından sonra Williams komandasının maliyyə vəziyyəti düzəlib və 2023-cü ildə rəhbərliyə gələn Ceyms Vavlzın rəhbərliyi ilə inkişaf edib. Britaniya təmslilçisi keçən il yaxşı performans göstərərək, mövsümü yeddinci yerdə bağlaya bilmişdi.

Lakin 2020-ci ildə vəzifədən gedən Kler Vilyams bildirib ki, komanda üçün ən çətin dövr 2020-ci il olub və həmin illər Stroll ailəsi ilə də problemlər yaşayıblar: “2020-ci ildə tamamilə pulsuz qaldıq. Bu hal əsas sponsorlarımızdan birinin müqaviləni ləğv etməsi və ödəmə etməməsi ilə başladı. Onları məhkəməyə verdik və qazandıq, amma yenə də büdcəmizdə böyük boşluq yarandı.

O dövrlər Lourens Stroll ilə də tərəfdaş idik. İndi o anları xatırlayanda Lourensin bizimlə birlikdə işləməsi məni dəli edir”.

Rauf Hacıyev

Şərh əlavə et