Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Piastri həmişə mənə yol verə bilməz

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, Oskar Piastrinin hər yarış ona yerini verməsi düz gprünmür. 

Kokpit.az xatrıladır ki, Macarıstan və İtaliya yarışında McLaren komandası Oskar Piastriyə komanda əmri verməmiş və Lando Norris çempionluq uğrunda mübarizədə qızıl dəyərində xallar itirmişdi. Lakin “narıncılar” Azərbaycan yarışından əvvəl bildirmişdilər ki, artıq üstünlüyü Lando Norrisə verəcəklər və lazım olanda Oskar Piastriyə komanda əmrləri tətbiq ediləcək. 

Britaniyalı sürücü  Macarıstan və İtaliya yarışlarında Oskar Piastriyə qarşı itirdiyi xallara görə çox peşman olsa da, düşünür ki, komanda onu əvvəldən də dəstəkləsə, çempionluq uğrunda mübarizədə daha yaxşı vəziyyətdə olmazdı.

Lando Norris: “Oskarın hər yarışda mənə yol verməsini məntiqli görmürəm. Uzun müddətdir ki, çempionatda ikinci yerdə gedirəm. Ancaq çempionluğu qazanacaq başqa sürücülər də var. Mən tək deyiləm. Biz hələ özümüz üçün mübarizə aparırıq. Oskar da özü üçün yarışır. Şarl da özü üçün yarışır. Hansı yarışda tam dəqiq olaraq qaydaların dəyişəcəyini deyə bilməzsiniz. Bu məntiqli deyil. Bir komanda olaraq işləmə qaydamızdan və getdiyimiz yöndən razıyam”.

Rauf Hacıyev

Şərh əlavə et