Yarışa Tech 3 GasGas komandasının sürücüsü Pedro Akosta pouldan başlayacaq. Bu onun MotoGP karyerasındakı ilk pouldur. İkinci yerdə son iki ilin Dünya Çempionu Françesko Banyaya, üçüncü yerdə Maverik Vinyales var. Enea Bastyanini dördüncü, Bred Binder beşincidir. Franko Morbidelli 6-cı, Canantonio 7-ci, Bezzekki 8-ci yerdədir. Səkkizqat Dünya Çempionu Mark Markes yarışa 9-cu, çempionatın lideri Xorxe Martin isə yarışa 11-ci yerdən start verəcək.
Dünən keçirilən sprint yarışında pouldan başlamış Pedro Akosta yıxılıb və yarışı Ducati komandasının sürücüsü Françesko Banyaya qazanıb. İkinci yeri Enea Bastyanini, üçüncü yeri Mark Markes tutublar. Çempionatın lideri Xorxe Martin isə dördüncü yerlə razılaşıb. Beləliklə, Yaponiyada əsas yarışdan əvvəl Françesko Banyaya lider Xorxe Martinlə fərqi 21 xaldan 15 xala endirib.
Start: Startda dünən olduğu kimi Françesko Banyaya liderliyi ələ keçirib. Xorxe Martin isə 4-cü, Mark Markes 6-cı yerə yüksəlib.
Startdan sonra Aleks Markes və Xoan Mir bir-birlərinə təmas edərək mübarizəni dayandırıblar. Stüardlar bu qəzanı araşdırmaya götürüblər.
Dördüncü dövrədə yarışa pouldan başlayan, amma startda liderliyi Banyayaya qarşı itirən Pedro Akosta yıxılıb. O, 14cü dövrədə motosikletin idarəetməsini itirib. İspaniyalı beləliklə sprint yarışından sonra əsas yarışda da yıxılaraq, böyük şansı əldən verib.
Beşinci dövrədə Mark Markes üçüncü yer uğrunda mübarizədə Bred Binderi keçərək, üçüncü yerə yüksəlib.
Yarışın 6 dövrəsindən sonra sıralanma belə olub: Banyaya, Martin, Mark Markes, Binder, Bastyanini, Miller, Morbidelli, Bezzekki, Esparqaro, Canantonio, Vinyales, Kuartararo.
Yarışın səkkizinci dövrəsindən sonra birinci yer uğrunda mübarizədə Martin Banyaya ilə fərqi 1 saniyənin altına salıb. Enea Bastyanini isə dördünxü yer uğrunda mübarizədə Bred Binderə hücumlar etməyə başlayıb. Doqquzuncu dövrədə Bastyanini rəqibini keçsə də, Binder əks hücumla yerini qaytarıb. Lakin 10-cu dövrədə italyan sürücü rəqibini geridə qoyaraq, 4-cü yerə yüksəlib.
11 dövrədən sonra sıralanma belə olub: Banyaya, Martin, Markes, Bastyanini, Binder, Morbidelli, Bezzekki, Miller, Dicanantonio, Esparqaro, Vinyales, Kuartarato
Yarışın 14-cü dövrəsində Mark Markes səhv edib və podium uğrunda mübarizədə Bastyanini ona yaxınlaşıb. 15-ci dövrədə isə Pedro Akosta pitə gələrək, yarışdan tamamilə çəkilib.
Yarışın 20-ci dövrəsində Banyaya ikinci Martinlə fərqi 1.5 saniyəyə qədər qaldırıb. Sıralanma belə olub: Banyaya, Martin, Markes, Bastyanini, Binder, Morbidelli, Bezzekki, Canantonio, Miller, Esparqaro, Kuartararo, Zarko
Lakin yarışın sonuna 4 dövrə qalmış Martin yenidən fərqi azaltmağa başlayıb və 1 saniyəyə qədər endirib. Ancaq ispaniyalı sürücünün təzyiqi qısa çəkib və o sonlara doğru mübarizəni buraxıb. Bununla da fərq yenidən 1.6 saniyəyə yüksəlib.
Yarışın sonlarında Franko Morbidelli Bred Binderi keçərək, 5-ci yerə yüksəlib. Üçüncü yer uğrunda mübarizədə isə Bastyanini Markesə yaxınlaşsa da, hücum edə bilməyib. Beləliklə, Mark Markes növbəti podiumunu qazanıb.
Françesko Banyaya bununla da Yaponiyada sprint yarışından sonra əsas yarışı da qazanıb və 21 xal geridə başladığı Yaponiya Qran Prisində Xorxe Martinlə fərqi 11 xal azaldıb.
Yaponiya yarışında ikinci yeri Xorxe Martin, üçüncü yeri isə Mark Markes tutublar.
Şərh əlavə et