MotoGP üzrə Yaponiya Qran Prisinin sprint yarışından əvvəl yağış yağıb, amma starta yaxın yağış dayanıb. Moteqi trası adətən tez quruyan trasdır və belə dəyişkən tras şəraitində sürücülərin performansı hamıya maraqlıdır. Belə tras şəraitini ən çox sevən sürücü isə bu gün yarışa 9-cu yerdən start verən Mark Markesdir.
Yarışa Tech 3 GasGas komandasının sürücüsü Pedro Akosta pouldan başlayacaq. Bu onun MotoGP karyerasındakı ilk pouldur. İkinci yerdə son iki ilin Dünya Çempionu Françesko Banyaya, üçüncü yerdə Maverik Vinyales var. Enea Bastyanini dördüncü, Bred Binder beşincidir. Franko Morbidelli 6-cı, Canantonio 7-ci, Bezzekki 8-ci yerdədir. Səkkizqat Dünya Çempionu Mark Markes yarışa 9-cu, çempionatın lideri Xorxe Martin isə yarışa 11-ci yerdən start verəcək.
Start – Start verilir və 12 dövrəlik yarış başlayır və Françesko Banyaya liderliyi alır. Xorxe Martin də yaxşı startla 11-ci yerdən 5-ci yerə yüksəlir. Enea Bastyanini üçüncü yerə, Mark Markes isə 6-cı yerə yüksəlib. Yarışa üçüncü yerdən başlayan Maverik Vinyales 11-ci yerə geriləyib.
Yarışın ikinci dövrəsində Xoan Mir qəza edərək mübarizəni dayandırıb. Bu anda Mark Markes Xorxe Martinə hücum edərək, beşinci yerə yüksəlib.
Yarışın üçüncü dövrəsində isə Pedro Akosta hücum edərək Banyayanı geridə qoyub və liderliyi geri alıb. Elə bu anda Bred Binder yavaşlayaraq gerilərə düşüb və pitə gəlib.
Yarışın beşinci dövrəsində iki LCR sürücüsü Yohan Zarko ilə Taki Nakaqami təmas ediblər və yaponiyalı sürücü öz doğma publikası önündə çıxdığı son yarışda qəza edərək, mübarizəni dayandırıb. Buna insidentə görə Yohan Zarkoya uzun dövrə cəzası gəlib.
Yarışın sonuna 6 dövrə qalmış sıralanma belə olub: Akosta, Banyaya, Bastyanini, Mark Markes, Martin, Morbidelli, Canantonio, Miller, Aleks Markes, Bezzekki, Vinyales, Esparqaro
Yarışın sonuna 4 dövrə qalmış yarışın lideri Pedro Akosta yeddinci döngədə qəza edərək qəza edib və mübarizəni dayandırıb. Beləliklə Françesko Banyaya yarışda liderliyə yüksəlib.
Yarışın sonuna 2 dövrə qalmış sıralanma belə olub: Banyaya, Bastyanini, Mark Markes, Martin, Morbidelli, Canantonio, Miller, Bezzekki, Aleks Markes, Vinyales.
Bu anda Aleş Esparqaro qəza edərək yarışdan çəkilib.
Yarışın sonuna iki dövrə qalmış yağış yenidən yağmağa başlayıb və Markes ikinci yer uğrunda Bastyanini ilə amansız mübarizə aparıblar və hətta Markes rəqibinə təmas da edib. Amma Bestiya mükəmməl müdafiə ilə yerini qoruyub. Son dövrədə isə yarışın lideri Banyaya birdən temp itirməyə başlayıb və Bastyanini ilə Markes ona çox yaxınlaşıb. Buna baxmayaraq italyan sürücü finişə qədər liderliyini qoruya bilib.
Beləliklə, Françesko Banyaya Yaponiyada sprint yarışında qalib gəlib. Enea Bastyanini ikinci, Mark Markes üçüncü olub. Çempionatın lideri Xorxe Martin isə dördüncülüyə razı olub. Franko Morbidelli isə beşliyi tamamlayıb.
Beləliklə, Françesko Banyaya sprint yarışından sonra Xorxe Martinlə fərqi 21-dən 15-ə endirib.
Şərh əlavə et