Xəbəri Kokpitdə Oxuyun!

Williams Mercedes ilə davam etmək istəyir

Williams komandasının direktoru Ceyms Vaultsreqlamentə 2026-cı ildə yeni qaydalara keçiddən sonra Mercedes güc qurğularından ciddi irəliləyiş gözləyir.

Kokpit.az xatırladır ki, son illərdə tarixinin ən pis dövrlərini yaşayan komanda turboeranın ilk illərində Mercedes motoru hesabına kifayət qədər güclü olmuş, dəfələrlə podiuma yüksələ bilmişdi.

Ceyms Vaults: “Mersedesin yenidən əla iş görəcəyinə əminəm, çox şadam ki, onlar bizə mühərriklərin tədarükü ilə bağlı müqaviləni uzatmağı təklif ediblər. Bu gün bütün güc qurğuları oxşardır. Düşünürəm ki, 2026-cı ildə biz istehsalçılar arasındakı fərqi yenidən görəcəyik. Bunun 2014-cü ildəki kimi möhtəşəm olacağı ehtimalı azdır, amma yenə də əminəm ki, Mercedes elektrik stansiyaları bizim üstünlüyümüz olacaq

Elçin Zodorov

Şərh əlavə et