Kokpit.az xatırladır ki, 2021-ci ildən etibarən sərbəst yürüşlərin vaxtları 90 dəqiqə yox, 60 dəqiqə olmuşdu. Lakin bəzi hallarda bu dəyişə bilər. Məsələn, keçən ilin Las Veqas Qran Prisində birinci sərbəst yürüşlər ləğv edilmiş və buna görə də ikinci sərbəst yürüşlər 90 dəqiqə olmuşdu.
Bu il isə Meksika Qran Prisinin ikinci sərbəst yürüşlərinin vaxtı uzadılıb. Lakin buna səbəb hər hansı bir sessiyanın ləğvi yox, Pirelli təkərlərinin testidir. Sürücülər yeni prototipləri test etmək üçün trasda 30 dəqiqə çox vaxt keçirəcəklər.
Qeyd edək ki, Meksika Qran Prisinin ikinci sərbəst yürüşləri Bakı vaxtı ilə saat 01:00-da başlayacaq və 02:30-da bitəcək.
Şərh əlavə et