Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Futbolçu olmaq istəyirdim

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, Formula 1 pilotu olmağı özü seçməyib, çünki o, uşaqlıqda futbolçu olmaq istəyib.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Formula 1 karyerasına 2001-ci ildə başlayıb və bu idmanda 21-ci mövsümünü keçirir. Onun 43 yaşı var və hazırda yarışan ən yaşlı sürücüdür.

Buna baxmayaraq Alonso bildirib ki, Formula 1-ə atasının istəkləri ilə gəlib və uşaqlıqda ən böyük xəyalı futbol oynamaq olub.

Fernando Alonso: “Səkkiz, doqquz və on yaşlarımda məktəbdə futbol oynayırdım və qapıçı idim. Həftəsonları isə yarışlara gedirdim, amma onu deyim ki, futboldan daha çox həzz alırdım. Yenə də bunu atama deməzdim.

Sonra düşündüm. Futbolda yüzlərlə, minlərlə futbolçu var. Formula 1-də isə sadəcə 20 pilot var. Buna görə də Formula 1 daha cəzbedici gəlmişdi”.

Qeyd edək ki, Fernando Alonso Real Madrid klubunun azarkeşidir. İkiqat Dünya Çempionu həm də Kral Klubunun fəxri üzvlərindən biridir.

Rauf Hacıyev

Şərh əlavə et