Kokpit.az xatırladır ki, Lyuis Həmilton növbəti mövsümdən Ferrari komandasının şərəfini qoruyacaq.
Lakin britaniyalı sürücünün Ferrari-yə keçidi çox adamı təəccübləndirmişdi, çünki o, bütün karyerası ərzində Mercedes motorlu komandalarda çıxış edib. Buna görə də yeddiqat Dünya Çempionunun Ferrari-dəki çıxışı indidən çox adama maraqlıdır.
Ceki Stüard: “Lyuisin qərarına təəccübləndim, çünki 40 yaşı var və yeni-yeni rəqabətədavamlı olan bir komandaya keçir. Ferrari son illərdə komandadaxili problemlər yaşadı və bu da böyük qalmaqallara səbəb oldu. İndi komandada daha stabil ab-hava var və Lyuis də bunu görür.
Yenə də Lyuis üçün bu keçid bir az çətin olacaq, çünki onun 25-30 yox, 40 yaşı var.
Bu il Silverstoun yarışında gördük ki, hələ də lazımi bacarığı və istedadı var. Bir müddətdən sonra karyerasını bitirməli olacaq və düşünür ki, bunun üçün hələ doğru zaman deyil. Mən də onu başa düşürəm. Lakin Ferrari-yə keçmək gözlənilməz qərar idi”.
Qeyd edək ki, Lyuis Həmilton Ferrari ilə üçillik müqavilə imzalayıb.
Şərh əlavə et