Xəbəri Kokpitdə Oxuyun!

B.Binder: Yeni təkərlərlə güclüyük

KTM komandasının sürücüsü Bred Binder bildirib ki, Yaponiyada güclüdürlər və Moteqi trasında motosikletin bütün potensialından istifadə etmək istəyir. 

Kokpit.az xatırladır ki, cənubi afrikalı sürücü Moteqidə cümə gününü zirvədə bağlayıb. O, 2022-ci ildə Yaponiya yarışında ikinci, 2023-cü ildəki sprint yarışında isə yenə ikinci yeri tutmuşdu. 

Bred Binder: “Ən sürətli olduğum üçün çox sevincliyəm. Səhər yağışlı keçən birinci sərbəst yürüşlərə yaxşı başladıq. İlk dövrələrdə özümü yaxşı hiss etdim. Hər şey qaydasında idi.

İkinci sərbəst yürüşlərin əvvəlində kiçik problem yaşadıq. Pitə girib əyləclərimi dəyişməli oldum, çünki motosiklet çox titrəyirdi. Ondan sonra işləri qaydasına qoymalı oldum. Daha sonra yeni təkərlərə keçəndən sonra özümü doğrudan da yaxşı hiss etdim.

Motosikletimiz burada yeni təkərlərlə doğrudan da yaxşı işləyir. Yarış tempi üzərində işləməyə çalışacağıq və ümid edirəm ki, güclü ola bilərik. Bu trasda motosikletimiz yaxşı işləyir. Buna görə də bundan maksimum istifadə etmək istəyirəm”.

Rauf Hacıyev

Şərh əlavə et