Xəbəri Kokpitdə Oxuyun!

Yağış təkərləri testi başa çatıb

Çərşənbə günü Fransanın Manyi Kur trassında Mercedes komandasının iştirakı ilə 2025-ci il mövsümü üçün prototip yağış təkərlərinin iki günlük sınaqları başa çatıb.

Kokpit.az xəbər verir ki, birinci gün güclü yağış trasda düzgün işləməyə imkan verməsə də, ikinci gün testlər məhsuldar olub. Corc Rassell W15-in sükanı arxasında Mik Şumaxeri əvəzləyərək 85 dövrə vurub. Britaniyalı yarışçı təkcə yağış təkərlərini deyil, həm də ara təkərləri də qiymətləndirə bilib. Corcun ən yaxşı dövrəvi nəticəsi 1:28.428 olub.

Pirelli gələn həftə daha iki günlük test proqramını həyata keçirəcək. Çərşənbə axşamı və çərşənbə günləri Mugelloda üç komanda işləyəcək. Red Bull və Ferrari gələn mövsüm üçün təkərləri sınaqdan keçirəcək, McLaren isə 2026-cı il üçün olan prototiplərlə işləyəcək.

Elçin Zodorov

Şərh əlavə et