Xəbəri Kokpitdə Oxuyun!

F1 və LVMH yeni müqavilə bağlayıblar

Formula 1 tərkibində lyuks brendlər olan LVMH ilə yeni sponsorluq münqaviləsi bağlayıb.  Müqavilənin dəyərinin 1 milyard dollar olduğu güman edilir.

Kokpit.az bildirir ki, Formula 1 və LVMH 2025-ci il mövsümündən başlayaraq 10 illik qlobal sponsorluq müqaviləsi imzalayıb. 

LVMH-nin tərkibində Louis Vuitton, Moet Hennessy, Dior, Bulgari, Sephora, Hublot və Tag Heuer kimi öndə gələn brendlər var. Bu brendlər növbəti mövsümdən Formula 1 Dünyasına qatılacaq. Müqavilədə limitli sayda istehsal edilən məhsullar, qonaqları qəbul etmə seçimləri və müxtəliv tədbirlər də var. Müqavilənin dəyərinin 1 milyard dollar olduğu güman edilir.

Xatırladaq ki, Moet Hennessy Las Veqas Qran Prisinin sponsorlarından biri idi. Tag Heuer isə Formula 1-in rəsmi vaxt tərəfdaşı olan Rolex-i əvzləməyə hazırlaşır.

Formula1-in rəhbəri Stefano Domenikali: “İdmanımız LVMH-də olduğu kimi amansız mükəmməllik axtarışındadır. Buna görə də bu tərəfdaşlığı sizə sevinərək bildirirəm.

Formula 1 yeni və müxtəlif kütlələrin marağını çəkərək qlobalda böyüməyə davam edir. Buna görə də LVMH bizim üçün mükəmməl tərəfdaş olacaq”.

 

 

Rauf Hacıyev

Şərh əlavə et