Xəbəri Kokpitdə Oxuyun!

H.Marko: Hər şey Ostində məlum olacaq

Red Bull komandasının rəhbəri Helmut Marko bildirib ki, ABŞ Qran Prisində necə vəziyyətdə olduqlarını daha dəqiq formada görə biləcəklər.

Kokpit.az xatırladır ki, “qırmızı öküzlər”  artıq 8 yarışdır ki, qələbə üzünə həsrətdir və mövsümün sonua 6 yarış qalmış Maks Ferstappenlə Lando Norris arasındakı xal fərqi 52-yə qədər düşüb. Red Bull komandası isə artıq Mühəndislər Kubokunda ikinci yerə geriləyib və hazırda McLaren-dən 41 xal geridədir.

McLaren komandası stabil nəticələr qazanan iki sürücü hesabına Mühəndislır Kubokunda Red Bull-u keçsə də, Ferstappeni liderlikdən düşürmək elə də asan məsələ deyil.

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko verdiyi açıqlamada bunları deyib: “Altlıq dəyişikliyi doğru yöndə atılmış bir addım olsa da, yetərli deyil. Son yarışda Lando Norris bizdən hər dövrə bir saniyə üstün idi. Bundan başqa Şarl Lekler də Norris qədər sürətli idi. Buna görə də bu ikincilik bizim üçün qələbəyə bərabər oldu”.

 

Çempionatda maraqlı nüans var. Belə ki, Maks Ferstappen qalan yarışların hamısında ikinci olacağı halda Lando Norris bütün yarışları sürətli dövrə ilə qazansa da, yenə Ferstappen Dünya Çempionu olacaq.

Helmut Marko: “Yarışları sadəcə ikinci bitirməyə güvənə bilmərik. Montsa yarışı bizim üçün əsl xəbərdarlıq idi, çünki strategiya, pit-stoplar, sürət və digər nüanslar cəhətdən heç bir yarışda bu qədər səhv etməmişdik.

Bolidə daha geniş sazlanma aralığı verilməlidir. Bundan başqa Maksın sürətli olması və hücumlar etməsi üçün daha çox tempə və yeniliyə ehtiyacımız var. Amma bundan sonra Ostində göstərəcəyi performans hər şeyi müəyyən edə bilər. Hazırkı vəziyyətimizi tam olaraq görəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et