Xəbəri Kokpitdə Oxuyun!

F.Banyaya: Yaxşı xallar qazandıq

Ducati komandasının sürücüsü Françesko Banyaya İndoneziya həftəsonuna pis başlasa da, özünə gəlib və çempionatdakı əsas rəqibi Xorxe Martinlə fərqi 24-dən 21-ə salıb. 

Kokpit.az xatırladır ki, italyan sürücü şənbə günü Xorxe Martinin yıxılması ilə sprint yarışını qazansa da, bazar günü işlər onun üçün yaxşı getməyib. O, startda 7-ci yerə geriləyib, amma yarışın gedişində rəqiblərinin mübarizəni dayandırması ilə üçüncü yerə qədər yüksəlib və Xorxe Martinin qazandığı yarışda zərəri minimuma endirib. 

Françesko Banyaya: “Sprint yarışındakı kimi start vermək istəsəm də, ilişmə muftası fərqli reaksiya verdi. Startdan sonra ilk döngələrdə çox təmkinli oldum və buna görə bir neçə yer itirdim. Sonra da onları geri qazanmaq üçün mübarizə apardım. Tempim çox yaxşı idi, amma öndəkiləri asanlıqla keçməyə imkan vermirdi. Təni ki, çoz çətin yarış idi, ancaq çox sevincliyəm, çünki şənbə günündən sonra yenə də yaxşı xallar qazandıq”.

Rauf Hacıyev

Şərh əlavə et