Kokpit.az xatrıaldır ki, ispaniyalı sürücü İndoneziyadakı sprint yarışında pouldan start alsa da, birinci dövrənin sonunda yıxılıb və sonucu yerə qədər düşüb. Yekunda günü xalsız bağlayıb. Lakin bazar günü yarışda rahat performans göstərərək, finişə birinci yerə çatıb.
Xorxe Martin: “Yarışda intiqam aldım. Qəza etdikdən sonra qazanmaq iki yarışı da qazanmaqdan yaxşıdır. İşin zehni tərəfi çox qarışıq idi və 13-cü dövrədə keçən illə bağlı bəzi xatirələr ağlıma gəlməyə başladı. Amma yarışın o hissəsindən sonra hər şey qaydasında idi.
Sprint yarışında qəza etdiyim 16-cı döngəni yaxşı keçməyə və orada səhv etməməyə çalışırdım. Buna görə də səhvlərimdən dərs çıxardığım üçün sevincliyəm.
Bundan sonra tempimi qorumağı hədəfləyirəm. Hər yarış həftəsonu fərqlidir və İndoneziyada bəlkə də özümə çox güvənirdim. Özümü doğrudan da güclü hiss etdim və hər şey o qədər yaxşı idi ki, özümə çox inandım. Sonra səhv etdim. Buna görə də diqqətli olmalıyam”.
Şərh əlavə et