Xəbəri Kokpitdə Oxuyun!

M.Markes: Çempionluq hədəfim qalmadı

Gresini komandasının sürücüsü Mark Markes İndoneziya yarışında motor probleminə görə mübarizəni dayandırıb və o bildirib ki, artıq çempionluq şansları çox azdır. 

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü 27 dövrəlik İndoneizya yarışının 12-ci dövrəsində 7-ci yerdə gedərkən mühərrik problemi yaşayıb və mübarizəni dayandırıb. O, Araqon və San Marino yarışlarını qazandıqdan sonra çempionluqla bağlı ümidləri artmışdı. Lakin hazırda lider Xorxe Martindən 78 xal geridə qalır. 

Mark Markes: “Mübarizəni dayandırdığım üçün məyusam. 2024-cü ildə hədəflədiyim çempionluq artıq mümkün görünmür. Hər yarışda qarşıma hədəflər qoyuram və stabil olmağa çalışıram.

Növbəti hədəf sıralanma turunda daha yaxşı çıxış etmək olacaq. Yarışda ilk iki yerdə olmaq üçün diqqətimi toplyacağam.

Bu mühərrik problemi bizdən asılı olan şey deyil. Amma heyif ki, bəzən olur və yarışda mənim başıma gəldi. Bəxtimiz gətirmədi, amma Ducati, Gresini və mən birlikdə qalib gəlirik və birlikdə uduzuruq. Yarışda problem yaşadıq, amma həftəsonu ərzində özümü yaxşı hiss etdim və bu da çox vacib idi. Yarışın ilk hissəsində mübarizə aparırdıq və Pekkonun arxasında olmaq üçün tempim var idi.

Arxadan birdən bərk səs gəldi və motor dayandı. Ağ dumanı görəndə yanğın olub-olmadığını yoxladım. Heyif ki, yanğınsöndürənlər yaxşı işləmədilər. Buna görə də motosiklet çox zədələndi. Bu komanda üçün çox xərc olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et