Xəbəri Kokpitdə Oxuyun!

iOS 18 Helen qasırğasında insanların həyatını xilas edib

iOS18 ilə iPhone-lara gələn peyk üzərindən mesajlajma xüsusiyyətinin hesabına Helen Qasırğası zamanı çox insanın həyatını xilas etmək mümkün olub. 

Kokpit.az bildirir ki, Helen Qasırğası ABŞ-dın müxtəlif yerlərində böyük xəsarətlər yetirib və yüzdən çox adam dünyasını dəyişib. Minlərlə insan isə elektrik və operator xidmətlərindən yararlana bilməyib. Belə çətin bir vaxtda iOS 18-in peyk üzərindən mesajlaşma xüsusiyyəti insanların köməyinə çatıb.

Qeyd edək ki, Apple iOS 18 yenilikləri ilə peyk üzərindən mesaj göndərmə imkanı təqdim edirdi. Bu xüsusiyyətlə insanlar təbii fəlakətlər zamanı bir-birlərilə əlaqə yarada bilirlər.

Helen Qasırğası yüzlələr insanın ölümünə səbəb olub

Helen Qasırğası ABŞ-da bir çox yeri viran qoyduqdan sonra sosial şəbəkədə bu xüsusiyyətlərin istifadəsi üçün iOS 18 yeniliklərini yükləməklə bağlı insanlara çağırışlar ediblər. Eyni gün iOS 17.7 yeniliyi də təqdim edildiyi üçün əksər istifadəçi əvvəlki versiyada qalmağı seçmişdi, amma qasırğadan sonra peyk üzərindən mesajlaşma xesusiyyətinə görə həyatda qalanlar olub.

Apple şirkətinin rəhbəri qasırğadan sonra bildirib ki, şirkət yardım işlərinə dəstək olmaq üçün ianə edəcək. Peyk üzərindən mesajlaşma hesabına həyatda qalan istifadəçilər isə sosial şəbəkə üzərindən fikirlərini bildiriblər.

Rauf Hacıyev

Şərh əlavə et