Xəbəri Kokpitdə Oxuyun!

Bentley Bentayga krossoveri “dəniz” versiyasına sahib olub

Bentley Bentayga EWB Azure Riviera krossoveri unikal eksteryer və interyer dekorasiyasına, geniş avadanlıq siyahısına, o cümlədən Airline Seat Specification oturacaqları və Bang & Olufsen səs sisiteminə malikdir. Bu versiyanı yalnız Avropadan olan müştərilər sifariş edə bilərlər.

Eksklüziv Bentley Bentayga EWB Azure 2022-ci ildə Continental GTC Mulliner kabrioleti tərəfindən başladılan Riviera Collection seriyasını davam etdirir. Hətta Cote d’Azur atmosferini daşıyan əsas motiv də qorunub saxlanılıb: bunun üçün krossoverin kuzovu Aralıq dənizinin sularını xatırladan Aegean Blue rənginə boyanıb. Onun interyeri isə, dəbdəbəli yaxtaların göyərtələrinə bənzər naxışı olan ağac lövhələr və  dəniz düyünləri tikmənaxışları ilə bəzədilib.

Bentayga EWB Azure Riviera Collection modelinin oturacaqları bej Linen, mavi Brunel və kürən Autumn dərilərinin birləşməsi ilə üzlənib. Mulliner dərin xovlu və mikrotikişli kilimləri, həmçinin xüsusi yastıqları təmin edib. Krossover standart olaraq 22 düymlük təkər diskləri, Blackline Specification paketi (qara parlaq xarici dekorasiya), superrahat Airline Seat Specification kresloları, Bang & Olufsen səs sistemi və arxa sərnişinlər üçün əyləncə sistemi ilə təchiz edilib.

Krossover 550 at qüvvəsi və 770 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərriki, səkkiz pilləli avtomatik transmissiya, mərkəzi Torsen differensialı və elektron kilidi olan arxa differensial ilə təchiz edilir. Krossover sıfırdan 100 km/saata 4,6 saniyəyə, 160 km/saata isə 9,9 saniyəyə sürətlənir. Maksimal sürət elektron olaraq 290 km/saat həddində məhdudlaşdırılıb.

 

(c) Autograph.az

Rauf Hacıyev

Şərh əlavə et