Xəbəri Kokpitdə Oxuyun!

Ferrari son yeniliyi ABŞ-a gətirəcək

Ferrari komandasının rəhbəri Federik Vassyör bildirib ki, onlar mövsümün son böyük yeniliklərini Ostin trasına gətirəcəklər. 

Kokpit.az xatırladır ki, Ferrari komandası bu il 3 yarış qazanıb və Mühəndislər Kubokunda üçüncü yerdədirlər. Onlar çempionatın lideri  McLaren 75 xal geridə qalırlar. 

Sonuncu Sinqapur yarışı “qırmızılar” üçün asan keçməyib. Şarl Lekler beşinci, Karlos Sayns isə yeddinci yeri tutublar.

Ferrari komandasının rəhbəri Frederik Vassyör bildirib ki, ABŞ Qran Prisinə kiçik yenilik paketi gətirəcəklər və bu da onlar üçün mövsümün son yenilikləri olacaq: “Hamı bilir ki, gələn ilin maşınının inkişafına  onsuz dabaşlamışıq və növbəti yarışa kiçik yeniliklər gətirməyə çalışacağıq. Böyük ehtimalla bu hamı üçün mövsümün son yenilikləri olacaq. Bu həm bizə, həm də digər komandalara aiddir. Hazırda çempionatda gərgin mübarizə gedir. Hər kiçik detal böyük fərqlər yarada bilər”

Rauf Hacıyev

Şərh əlavə et