Xəbəri Kokpitdə Oxuyun!

X.Martin qəzanın səbəbini bilmir

Pramac Ducati komandasının sürücüsü Xorxe Martin bildirib ki, İndoneziyadakı sprint yarışının ilk dövrəsindəki qəzanın səbəbini bilmir və bazar günü əsas yarışda bu səhvi təkrarlamamaq üçün dərs çıxaracaq. 

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü İndoneziyadakı sprint yarışına pouldan başlasa da, ilk dövrədə qəza edib və sonuncu yerə düşüb. O, yarışa qayıdıb və rəqiblərini keçərək 10-cu yerə qədər yüksəlsə də, xal zonasından bir pillə geri qalıb. Bununla da, xalsız qalan Martinin çempionat liderliyindəki 24 xallıq üstünlüyü 12-yə düşüb, çünki Françesko Banyaya yarışı qazanıb. 

Xorxe Martin: “Startdan sonra hər şey yaxşı olsa da, təkərləri qızdırmaq çətinlik çəkdim. Yarışda çox sürətli idim. Buna görə də qələbəni əldən vermək çox məyusedicidir. Ancaq bazar günü başqa bir fürsətim olacaq. Yenidən bəxtimi sınayacağam.

Niyə yıxıldığımı bilək çətindir. Hər şey qaydasında görünürdü. Əgər bir şeyi dəyişdirə bilsəm, bunu daha dərindən təhlil edib, sabah eyni səhvi etməməyə çalışacağam”.

Rauf Hacıyev

Şərh əlavə et