Xəbəri Kokpitdə Oxuyun!

McLaren yeni maşınının adını açıqlayıb

McLaren Automotive yeni superkarının tizerini dərc edib və onun 2010-cu illərin birinci yarısında istehsal edilən McLaren P1-in varisi olacağını və McLaren F1-in başladığı xətti davam etdirəcəyini təsdiqləyib.

Kokpit.az xəbər verir ki, bundan əlavə, McLaren yeni maşının hansı indeksi alacağını açıqlayıb: o, McLaren W1 adlanacaq. Daha əvvəl məlum olmuşdu ki, avtomobilin premyerası oktyabrın 6-da baş tutacaq.

“McLaren F1 və McLaren P1. Çempion zehniyyətimizdən doğan ən ikonik avtomobillərdən ikisi. 6 oktyabr. McLaren W1”, tizerin altındakı başlıqda deyilir.

Şayiələrə görə, McLaren W1 1000 at gücündən çox qüvvəyə malik V8 əsaslı hibrid mühərrik alacaq. Avtomobilin tirajının 400 nüsxədən az, qiymətinin isə təxminən 2 milyon dollar ətrafında olacağı gözlənilir.

Elçin Zodorov

Şərh əlavə et