Kokpit.az xatırladır ki, Visa Cash App RB F1 komandası Sinqapur yarışından sonra Daniel Rikkardonu göndərərək, yerinə Liam Lousonu gətirib. Əksəriyyət bu dəyişikliyə görə məyus olub, çünki bu böyük ehtimalla “Bal Porsuğu” ləqəbli sürücünün karyerasının sona çatdığı deməkdir.
Avstraliyalı sürücü ilə 2016-2018-ci illərdə komanda yoldaşı olmuş Maks Ferstappen 35 yaşlı pilota təriflər yağdırıb: “O, doğrudan da yaxşı adamdır. Həmişə yaxşı münasibətimiz olub. Komandada idman cəhətdən yaxşı rəqabətimiz var idi. O, həmişə böyük sürücü və yaxşı insan kimi xatırlanacaq.
Rikkardonin çox yaxşı xasiyyəti var. Onu sevməyən insan tapmaq məncə, çox çətindir. Bir neçə ildən sonra burada olmadığımda birlikdə keçirdiyimiz illərə baxıb, pivə içəcəyik”.
Şərh əlavə et