Xəbəri Kokpitdə Oxuyun!

Red Bull özünə gəlir

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, RB20-nin inkişafında düzgün yolu tapıblar və komandanın çempionluq hədəfləri hələ də davam edir.

Kokpit.az xatırladır ki, Red Bull komandası çətin keçən İtaliya yarışından sonra Azərbaycan və Sinqapur yarışlarında nisbətən yaxşı performans göstərib.

Kristian Horner: “Problemləri onsuz da görürdük, amma Montsa yarışı problemin əsas səbəbini ortaya çıxardı və müəyyən olunmasına kömək etdi.

Montsa bizim üçün ən dib nöqtə idi. Bu nöqtədən sonra özümüzə gəlməyə başladıq”.

Kristian Horner Bakıya gətirdikləri yeni altlıq barədə danışıb və bildirib ki, sürücülər bu altlıqdan sonra tamamilə fərqli hiss edirlər: “Sürücülərin fərqli hiss etmələri yaxşı haldır. Məncə, doğru yönü tapmışıq”.

Kristian Horner bunlardan başqa bildirib ki, onlar Amerika Qran Prisinə yeniliklər gətirə bilərlər, amma bu hələ öz təsdiqini tapmayıb.

Rauf Hacıyev

Şərh əlavə et