Kokpit.az xatırladır ki, ispaniyalı sürücü 1.29.088 zaman nəticəsi ilə həm tras rekordunu qırıb, həm də poul qazanıb. Amma sıralanma turu ərzində xaos yaşanıb. Belə ki, Mark Markes Martini izləyərkən qəza edib. Buna baxmayaraq, MotoGP-nin əfsanəsi ehtiyat motosikleti ilə yenidən trasa qayıdıb, amma o ikinci cəhdində də qəza edərək, mübarizəni dayandırıb. Beləliklə, Mark Markes yarışa 14-cü yerdən başlayacaq.
VR46 komandasının sürücüsü Marko Bezzekki isə gözlənilmədən Xorxe Martindən 0.535 saniyə geridə qalaraq, ikinci yeri tutub. Debütant Pedro Akosta yaxşı performans göstərərək, üçüncü yeri qazanıb. Son iki ilin Dünya Çempionu yarışa dördüncü yerdən start verəcək. Onun komanda yoldaşı Enea Bastyanini isə yarışa beşinci yerdən başlayacaq. Fabio Kuartararo, Yohan Zarko, Fabio di Canantonio, Franko Morbidelli və Maverik Vinyales onluğu tamamlayan sürücülər olublar.
Şərh əlavə et