Kokpit.az xatırladır ki, yeni zellandiyalı sürücü RB komandasında Daniel Rikkardonu əvəzləyərək Formula 1-ə qayıdacaq. Amma onun qayıdış yarışı heç də asan olmayacaq, çünki gənc sürücü motor dəyişikliyinə görə startda 10 yer itiməli olacaq.
Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, bu dəyişiklik heç gözləmədikləri bir şey olub: “İlk yarış onun üçün heç vacib olmayacaq, çünki motor cəzası var. Yarışın startında 10 yer itirəcək. Belı olan halda isə onun işi Ostində heç də asan olmayacaq”.
Qeyd edək ki, Liam Louson ilk dəfə Formula 1 bolidi ilə Ostin trasında yarışacaq və bu cəza onun işini ikiqat çətinləşdirə bilər.
Şərh əlavə et