Kokpit.az bildirir ki, keçən bazar günü Emiliya Romanya yarışında qalib gələn Enea Bastyanini bu gün də İndoneziyada əsas sətbəst yürüşlərdə birinci olub. Onu çempionatın lideri Xorxe Martin izləyib.
Düzdür, sonlarda Pramac Ducati komandasının sürücüsü Martin Soft təkərlərlə dövrəvi rekord qıraraq liderliyə yüksəlmişdi. Ancaq Bastyanini sonlarda atdığı dövrə ilə ispaniyalı sürücünü geridə qoya bilib. Birinci sərbəst yürüşlərdə lider olan Franko Morbidelli isə günü üçüncü yerdə bağlayıb.
Son iki ilin Dünya Çempionu Françesko Banyaya Hard təkərlərlə əvvəlcə 17-ci yeri tutub və Ducari boksunda gərginliyə səbəb olub. Sonra yeni təkərlərlə trasa çıxan italyan sürücü əvvəlcə doqquzuncu, sonra isə dördüncü yerə yüksəlib.
Mark Markes 10-cu döngədə etdiyi hərəkətlə qəzadan qaçıb. Yamaha komandasından Fabio Kuartararo isə birinci yerə yaxın performans göstərib. Lakin fransalı sürücünün motosikıeti sürüşdüyü üçün ən yaxşı zaman nəticəsini göstərə bilməyib və günü altıncı yerdə bitirib.
Mark Markes, Pedro Akosta, Fabio Di Canantonio və Maverik Vinyales sabah sıralanma turuna birbaşa ikinci sessiyadan başlayacaq digər sürücülər olublar.
Şərh əlavə et