Kokpit.az xatırladır ki, Sauber komandası 2025-ci ildə Niko Hülkenberqin komanda yoldaşının kim olacağına hələ qərar verməyib. Bu yer üçün iki sürücü ən böyük namizəddir. Onlardan biri hazırda Formula 2 üzrə Dünya Çempionatında lider olan Qabriel Bortoleto, digəri isə hazırda elə Sauber-in şərəfini qoruyan Valtteri Bottasdır. Finlandiyalı sürücü bu il hələ xal almayıb, Sürücülər Çempionatının zirzəmisində olsa da, Sauber onu birillik də olsa, komandada saxlamaq istəyir.
Valtteri Bottas Sinqapur yarışından sonra verdiyi müsahibədə bildirib ki, Ostin yarışından əvvəl hədəflədiyi şeylər var: “Hər şeydən əvvəl bu fasilədə performansımızı artırmaq və Ostin üçün nəyi düzəldəcəyimizi dəyərləndirmək istəyirik.
Əlbəttə, gələcək üçün bəzi şeyləri qaydasına qoymaq əsas istəklərimdən biridir, çünki artıq mənə elə gəlir ki, artıq gecikirəm”.
Şərh əlavə et